ƏTRAF MÜHİT ŞƏRAİTİNİN İNDİQATORU, İNDİQATOR
ORQANİZM – ətraf mühit keyfiyyətini səciyyələndirən orqanizm və
ya orqanizm qrupu.
ƏTRAF MÜHİTDƏ
ZƏRƏRLİ MADDƏLƏRİN
MİQDARININ GİGİYENİK NORMALAŞDIRILMASI – ətraf
mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik
dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik
mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur.
ƏTRAF MÜHİTƏ NƏZARƏT – ətraf mühitin ekoloji, tibbi-bioloji
və sosial-psixoloji mühüm komponentlərinin vəziyyəti və dəyişməsinə
planlı müşahidə (ekoloji monitorinq prinsiplərindən istifadə etmək yolu
ilə). Suyun və havanın keyfiyyəti, radiasiya, bitki örtüyü, heyvanat
aləminə nəzarət.
ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİR – ekoloji sistemin ayrı-ayrı
komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji
tarazlığın pozulmasına səbəb olan kimyəvi, bioloji, zərərli fiziki, texni-
ki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan
israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət.
Dostları ilə paylaş: |