ƏTRAF MÜHİTİN BİOLOGİYASI – bu termin ingilis dili
ədəbiyyatında biosferin mövcudluğunu və inkişafını hərtərəfli ifadə
etməkdə istifadə olunur. Bəzən ondan ekologiyanın qeyri-müəyyən si-
nonimi kimi də istifadə edilir.
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ – İstehsalın tullantı
məhsullarının normadan artıq xarici mühiti dəyişməsi. Çirkləndirici
elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-
küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat,
kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə
istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.), ionlaşdırıcı
radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səsküyü daha çox ziyanlıdır.
Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub tera-
togen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Çirklənməyə qarşı ciddi nəzarət qoyulması bəşəriyyət qarşısında böyük
problem sayılır.
Dostları ilə paylaş: |