ƏTRAF MÜHİTİN İDARƏ OLUNMASI – təbiətin öz inkişaf
mexanizmini dağıtmadan insanın mənafeyi (ehtiyacı) üçün planlı
qorunması və ətraf mühitin dəyişdirilməsi.
ƏTRAF MÜHİTİN KEYFİYYƏTİ – ekoloji anlayış olub obyek-
tiv-subyektiv münasibəti əks etdirir. İnsan üçün Ə.m.k.-nin kriteriyası
onun sağlamlığıdır. Ə.m.k. – nisbi anlayışdır, landşaftın eyni bir
vəziyyətinin xassəsi müxtəlif əhali qrupu üçün (məs., uşaqla-böyüklər,
sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından müxtəlif ola
bilər. İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın sağlamlığı normal
olsa, yaxud yaxşılaşarsa mühit sağlam və ya komfort mühit kimi
qiymətləndirilir. Əgər insanın mühitlə münasibəti zamanı onun
sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə) mühit sağlam olmayan
və ya diskomfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə
əlaqəsi zamanı əhalinin sağlamlığının vəziyyətində ciddi qarşısıalınmaz
dəyişiklik müşahidə edilərsə mühit ekstremal mühit kimi
qiymətləndirilir. Ə.m.k. ümumi dövlət miqyasında respublika Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir.
Dostları ilə paylaş: |