QəRİb məMMƏdov mahmud xəLİlov


FERMAYANI QORUYUCU MEŞƏLİKLƏR



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə344/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   340   341   342   343   344   345   346   347   ...   1096
FERMAYANI QORUYUCU MEŞƏLİKLƏR  – Heyvandarlıq 

kompleksləri, ferma, qoyun yatağı (ağıl)  ətrafında meşə zolaqları 

oradakı binaları  və heyvanları qar və qum sovrulmasından, soyuq 

küləklərdən qorumaq məqsədilə salınır. F.q.m. mikroiqlimi və sanitar-

gigiyenik şəraiti yaxşılaşdırır, həm də yanğına qarşı əhəmiyyət daşıyır. 

F.q.m. heyvandarlıq tikililərindən 30-40 m aralı hakim küləklərə qarşı, 

yaxud fermaların ətrafında yerləşdirilir. Meşə əkinləri 2-7 zolaqdan (eni 

10-20 m 3-5 cərgə) ibarət olub araları 15-20 m götürülür. Əkinləri sıx 

aparılıb cərgəaraları 3-4 m, cərgədə bitkilərin arası 1,5-3,0 m götürülür. 

Kənar cərgələrə kol cinsləri əkilir. Respublikamızın dağ rayonlarında bu 

məqsədlə gürcü palıdı, adi göyrüş, mal-qaraya qarşı dözümlü ağaclardan 

azatağac, dəmirqara, kollardan sarağan, doqquzdan, düzən sahələrdə 

duzsuz torpaqlarda şabalıdyarpaq palıd, eldar şamı, qovaq növləri, sərv 

ağacı, çinar, duzlu torpaqlarda isə lələkağacı, iydə, yaşıl göyrüş, innab, 

kollardan amorfa, yulğun və s.-dən istifadə olunması  məqsədə uyğun-

dur. Mal-qaranı yay dövründə cücülərdən, (ağcaqanad, mığ-mığa, moza-

lan milçək və s.) qorumaq məqsədilə F.q.m.-də qoz və dəfnə ağacından 

istifadə edilməsi məsləhət görülür. Amerika fermerlərinin təcrübəsi bu-

nu təsdiq etmişdir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin