QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə312/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   308   309   310   311   312   313   314   315   ...   1096
EPİEDAFON, EPİQEYON – torpağın səthində  həyat sürən 

orqanizmlərin məcmusu. 



EPİFAUNA – qruntun (torpağın) səthinə yapışan və ya onun səthi ilə 

sərbəst hərəkət edən heyvan orqanizmləri. 



EPİFİLLƏR  (epi... və yun. phyllon – yarpaq) – epifit bitkilər, ali 

bitkilərin yarpaqlarında məskunlaşır. (məs. yosunlar, mamırlar və b.). 

Əsasən tropiklərdə və subtropiklərdə yayılmışdır. 

EPİFİTLƏR – həyatının bir hissəsini və ya hamısını başqa bitkilər 

üzərində keçirən, torpaqla əlaqəsi olmayan ağac və ot bitkiləri. 

Parazitlərdən fərqli olaraq E. qida maddələrini üzərində yaşadıqları 

bitkidən almır. Başqa bitkilərin yarpaqları üzərində yaşayan bitkilər 

epifillər adlanır.  Əsasən tropik meşələrdə yayılmışdır. Az rütubətli isti 

yerlərdə olan E. mamır, şibyə, qıjı və yosunlardan ibarətdir. 2 əsas qru-

pu var: yarımepifitlər və  əsl E. Yarımepifitlər inkişafa ağaclarda 

başlayır. Bir müddətdən sonra torpağa işləyən və ondan su, mineral 

maddələr alan uzun əlavə köklər  əmələ  gətirir.  Əsl E. ömrü boyu 

ağaclarda torpaqla əlaqəsi olmadan yaşayır. Belə E. tez-tez su və miner-

al maddələrdən korluq çəkir. Bununla əlaqədar E.-də su və qidanı 

almağa və onları daha səmərəli sərf etməyə xüsusi uyğunlaşmalar əmələ 

gəlmişdir. Bəzi E.-də köklərin bir hissəsi yuxarıya qalxaraq bir-birinə 

sarılıb içərisinə toz və tökülmüş yarpaqların yığıldığı kök yuvaları 

əmələ gətirir; beləliklə, qidalanan köklər üçün substrat yaranır. Bir çox 

E.-də quraq yerlərin bitkiləri olan kserofitlərin əlamətləri müşahidə edi-

lir. Azərbaycanda E.-dən ağ bağambürcə (Viscum album) çox təsadüf 

edilir. 


EPİFİTOTİYA – bitkidə infeksiya xəstəliyinin geniş yayılması. 

Məs. taxılda pas və sürmə  xəstəliyi, kartofda fitoftora xəstəliyi. E.-nın 

səbəbləri epizootiyada olduğu kimidir. 

EPİKSİLLƏR – ölü ağac və kolların gövdələrində  həyat sürən 

orqanizmlər (bakteriyalar, göbələklər, hörümçək sürfələri, gənələr). 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin