ENVAYROMENTALİSTİKA – envayromentalogiyanın bölməsi
olub texnika və texnologiyanın ətraf mühitə təsirini öyrənir.
ENVAYROMENTALİZM – mühitin insanın həyat və fəaliyyətinə
təsirinin əhəmiyyətini tədqiq edən fəlsəfi konsepsiya.
EOKLİMAKS – ekosistemin ilkin, bakirə klimaksı.
EOL ÇÖKÜNTÜLƏRİ – süxur hissəciklirinin külək vasitəsi ilə ha-
vada asılı vəziyyətdə aparılması və havadan çökməsi və ya küləyin
sovurması nəticəsində əmələ gələn çöküntülər. E.ç. səhralarda daha çox
yayılmışdır.
EOLOBİOSFER (yun. küləkallahı Eolun adından) – eol zonası,
aerobiosferin hissəsi – çox yüksəkliklərdə (8850 m-ə qədər) yerləşən
həyat zonası; burada ali bitkilərin yaşayışı üçün şərait yoxdur, lakin bura
külək tərəfindən aşağı şaquli qurşaqlardan üzvi maddələr,
buğumayaqlılar və bəzi mikroorqanizmlər gətirilir. E.-nın məskunları
eolobiont adlanır.
EOLOFİLLƏR – küləkli havanı üstün tutan orqanizmlər (məs.
fırtına quşu yem axtarmaq üçün uzun müddət, çox vaxt saatlarla hava
axınlarında süzür (uçur).
EOLOFOBLAR – küləkli havadan çəkinən orqanizmlər (bir çox
quşlar, həşəratlar, məməlilər).
EPEYROGENEZİS – kontinentlərin (materiklərin) yaranma prose-
si.
EPİBENTOS – qruntun səthində həyat sürən bentos orqanizmləri.
EPİBİOS – 1) geniş mənada substratın səthində həyat sürən
orqanizmlərin məcmusu; 2) dar mənada – dəniz qruntunun səthinin
məskunları.
Dostları ilə paylaş: |