ENDOZOOXORİYA – bax. zooxoriya.
ENDOZOY ORQANİZMLƏR – başqa orqanizmin orqan və ya
toxumalarında həyat sürən parazit və ya simbiont kimi heyvanlar və ya
bitkilər (məs. vərəm çöpü, hemolitik streptokokk, helmintlərin çoxu).
ENERJİ BÖHRANI – təsərrüfat və məişət ehtiyaclarının
ödənilməsi üçün enerji ehtiyatlarının çatışmazlığı. E.b. son illərdə
Azərbaycanda meşələrin, bağların və yaşıllıqların məhv edilməsinə,
ətraf mühitin çirklənməsinə səbəb olmuşdur.
ENLİYARPAQLI MEŞƏLƏR – palıd, fıstıq, ağcaqayın, göyrüş,
vələs, cökə, qarağac və digər ağacların dominantlıq etdiyi meşələr.
Əsasən şimal yarım kürəsinin mülayim iqlim qurşağında yayılmışdır.
ENTOMOFAQLAR – həşəratların hesabına inkişaf edən parazit və
yırtıcı orqanizmlər. E.-ın əsas hissəsini müxtəlif həşərat dəstələrinə
(məs.. pərdəqanadlılara, torqanadlılara, böcəklərə, ikiqanadlılara və s.)
mənsub cins və növlər təşkil edir. Bir çox quş, gəmirici, balıq, qurd,
gənəcik, həmçinin ibtidailər, göbələklər bakteriyalar və viruslar da E.-a
aiddir. E.-dan bitki zərərvericilərinə qarşı bioloji mübarizədə geniş
istifadə edilir.
ENTOMOFAUNA – həşərat növlərinin cəmi, həşərat faunası. 1,5
min növü məlumdur (heyvanat aləminin 60%-dən artıq).
Dostları ilə paylaş: |