EROZİYANIN EKOLOJİ ZƏRƏRİ
– torpaq eroziyası hesabına
ekoloji mühitə dəyən zərər. Aşağıdakı növləri vardır: a) eroziyadan
aqroekoloji mühitə dəyən zərər; b) nəqliyyat sisteminə və yollara dəyən
zərər; v) hidroqurğulara (su anbarlarına, sutoplayan kanal və kollektor-
drenaj şəbəkəsinə) dəyən zərər; q) balıqçılıq təsərrüfatına və başqa
ekoloji mühitə dəyən zərərlər.
EROZİYAYA QARŞI AQROTEXNİKİ TƏDBİRLƏR –
yamacları torpaq eroziyasından qorumaq üçün kənd təsərrüfatı
bitkilərinin becərilməsində tətbiq edilən torpaqqoruyucu tədbirlər siste-
mi. Onlar aşağıdakılardır: yamacın eni istiqamətində və ya konturla
şumlama, laydırsız kotanla torpaq layını çevirmədən şumlama,
zolaqlarla şumlama, pilləli şum, torpaqdərinləşdiricilərlə şumlama, don-
durma şumunda və herikdə şırımaçma, dərindən yumşaltma, yalaqaçma,
şumda və çoxillik ot əkinində yarıqaçma, oyuqaçma, torpaqqoruyucu
növbəli əkin sisteminin tətbiqi, terrasların çəkilməsi və s.
Dostları ilə paylaş: |