Meşəsizləşdirilmiş sahədə torpaq eroziyası
EROZİYA BAZİSİ – çayların töküldüyü hövzənin səviyyəsi.
Ümumi (yaxud əsas) E.b. okeanın səviyyəsidir. Ümumi E.b.-dən başqa
çay boyu yerli (yaxud müvəqqəti) E.b.-ləri (axar göllər, çay qollarının
əsas çaya töküldüyü yerlər və s.) də var. E.b-nin yüksəkliyinin
dəyişməsi (Yer qabığının əsri hərəkəti, yaxud dəniz səviyyəsinin
tərəddüdü) çay dərələrinin dərinləşməsi, yaxud çöküntülərlə dolması ilə
müşayiət olunur.
EROZİYA MƏNBƏLƏRİ – yer səthinin eroziya təhlükəli sahələri.
Güclü eroziyaya məruz qalan sahələr hər hansı massiv fonunda kəskin
seçilir. (məs. çılpaq qayalıq, uçqun, yarğan və s.).
EROZİYA RELYEFİ – qayalarda, dağətəyi və maili düzənliklərdə
və xüsusilə cavan dağlıq ərazilərdə öz yataqlarını dərinləşdirərək əmələ
gətirdiyi müxtəlif quruluşlu relyef formaları.
EROZİYAŞÜNASLIQ – torpaq eroziyasının baş vermə səbəbləri
və inkişaf qanunauyğunluqlarını, eroziyaya uğramış və eroziya təhlükəsi
olan torpaqları, eroziyadan mühafizə üsullarını və eroziyaya uğramış
torpaqların meliorasiya məsələlərini öyrənir.
E. torpaqşünaslığın müstəqil bir bölməsi kimi son illərdə
formalaşmışdır. E.–in obyekti müxtəlif təbii və təsərüfat şəraitində baş
verən su və külək eroziyası prosesləridir.
150
Azərbaycan respublikasında E. problemləri ilə bilavasitə Elmi-
tədqiqat Eroziya və Suvarma İnstitutu məşğul olur.
Dostları ilə paylaş: |