ENDEMİK BİOSENOZLAR – Məhdud ərazidə(vilayətdə) rast
gəlinən assosiasiya və formasiyalar.
ENDEMİKLƏR, ENDEMLƏR – məhdud bir sahədə (yaxud kiçik
bir coğrafi vilayətdə) yayılmış heyvan və bitkilər. E.-in tutduğu sahə
bəzən çox kiçik olur; Məs. – Eldar şamı Elləroyuğu deyilən sahədə
(Qabırrı çayının sağ sahili) cəmi 25 ha sahəni tutur. E. hər hansı bir flora
və ya faunanın xüsusi tərkib hissəsi hesab olunur. Endemizimin
inkişafına coğrafi izolyasiya, iqlim və edafik şərait, biotik amillər (para-
zitizm, rəqabət və s.) səbəb olur. Müqəddəs Yelena adasında bitkilərin
təxminən 85%-i, Baykal gölü faunasında isə 76%-dən çoxu E-dir. Nəsli
kəsilmiş fauna və ya floranın nümayəndələri poleoendemik (məs.,
nəhəng sekvoya ağacı), son vaxtlar meydana çıxmış və hələ yayılmamış
formalar isə neoendemik (məs. krım fındığı) adlanır.
ENDEMİYA – hər hansı bir xəstəliyin müəyyən ərazidə daim baş
verməsi (pandemiya, epidemiya).
Dostları ilə paylaş: |