ELEMENTAR LANDŞAFT – B.B.Polınov (1915) tərəfindən təklif
olunmuşdur. E.l. eynicinsli süxurda, eyni relyef elementində yerləşərək
bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Termin əsasən
landşaftın geokimyası tədqiqatları işlərində istifadə olunur. Üç E.l.tipi
ayrılır: ellüvial, subakval və superakval.
– Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində
formalaşır. Maddələr və enerji atmosferdən daxil olur. Elementlərin
aparılması prosesi həm su axınları ilə həll olmuş şəklində, həm də bərk
maddələrin aşağıya doğru yerini dəyişməsi nəticəsində baş verir.
– Subakval landşaft – relyefin mənfi formalarında formalaşır. Bu-
rada elyuvial və superakval landşaftlardan maddələrin toplanması prose-
si üstünlük təşkil edir.
– Superakval landşaft – elüvial və subakval landşaftlar arası
vəziyyət daşıyır. Burada həm maddələrin daxil olması (xaricdən və
elüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması
baş verir.
Dostları ilə paylaş: |