QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə284/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   280   281   282   283   284   285   286   287   ...   1096
EKOSFER (EKOLOJİ SFER) – bir-birilə əlaqəsi olan bioloji sis-

tem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf mühit. 

Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə edilmişdir. 

Bəzən E. biosfer termininin sinonimi kimi də  qəbul edilir. Termin L. 

Kol (1958) tərəfindən irəli sürülmüşdür. 

EKOSİD – canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti 

dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər 

vasitələr (əsasən hərbi) Məs. ABŞ-ın Vyetnam, Laos , Kampuçidə 

apardığı müharibədə arorosid və herbisidlərdən istifadə edərək ozon 

qatında deşik açmaq məqsədi. E. terminini A.Qalston (1970) Hind-

Çindəki hadisələri şəxsən öyrənərək elmə daxil etmişdir. 



EKOSİSTEM – E. terminini elmə L.Tensli (1935) daxil etmişdir. 

Termin müəyyən sahədə (biotopda) bütün orqanizmlər (yəni biosenoz) 

daxil olmaqla istənilən vahidi (olduqca müxtəlif həcmdə və ranqda) və 

onun sistem daxilində fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji 

axımının müəyyən dəqiq trofik strukturunu, növ müxtəlifliyini və 

maddələr dövranını (yaxud biotik və abiotik mühit arasında mübadiləni) 

ifadə edir. Sadə desək, biosferdə maddələr mübadiləsi gedən üzvi və 

qeyri-üzvi komponentlərin istənilən məcmusu E. adlanır. Biotop və bio-

senozun vahid tamı ekosistemi (Tensli, 1935) və ya biogeosenozu (Su-

kaçeva görə) yaradır. Bəzi xarici müəlliflərə görə E. istənilən uzunluqda 

və ölçüdə (böyüklükdə) – bir damla dəniz suyundan, akvariumdan 

okeana, hətta bütün Yer səthi qədər; meşə ekosistemindən meşədəki tək 

kötüyə qədər ola bilər. E. biosferin elementar funksional vahididir. E.-in 

strukturuna adətən 3 planda baxılır: 1) komponent (populyasiya və ya 

növ) tərkibi və müxtəlif növ populyasiyaların, həyati formaların (bio-

morf) və başqa struktur elementlərin miqdar nisbəti; 2) ayrı-ayrı 

elementlərin  ərazidə yayılması; 3) Bütün əlaqələrin, ilk növbədə qida 

zənciri və sikllərin, trofik, forik və digər  əlaqələrin məcmusu. Bəzi 




 

136 


 

tədqiqatçılar (Y.Odum, 1975) E. və biogeosenoza eyni kateqoriya kimi 

baxır. Digərlərinə (məs. V.N.Sukaçev, 1940) görə onlar arasında 

oxşarlıq vardır, lakin identik (eyni) deyildir. Biogeosenozun bağlılıq 

faktorları – substraktın təbiəti, relyef tipi və torpaq sayılır, yəni biogeo-

senoz Sukaçeva görə xoroloji (fiziki-coğrafi) xarakter daşıyır. E.-ə 

əsasən, ərazicə deyil, trofik mövqeyindən baxılır. Beləliklə, biogeosenoz 

və E.-in nisbətini belə  təsəvvür etmək olar: biogeosenoz fitosenozun 

sərhədi daxilində E.-dir. Daha dürüstü E. və biogeosenoz kateqoriyaları 

bitki qruplaşması  səviyyəsində bir-birinə uyğun gəlir, ondan yuxarı  və 

aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin