EKOLOJİ TƏSƏRRÜFAT AREALI – insan tərəfindən
mənimsənilən və onun təsərrüfat istifadəsində olan təbii mühit sahəsi.
EKOLOJİ ŞOK – biotik (məs. sıx məskunlaşma) və abiotik (məs.
mühitin çirklənməsi) şəraitin qəflətən dəyişməsi baş verdikdə
populyasiyanın vəziyyətinin kəskin pozulması (ölüm dərəcəsinə qədər).
EKOLOJİ TOLERANTLIQ – ekosistemlərin ətraf mühitin
əlverişsiz təsirinə dözməsi qabiliyyəti. Canlı orqanizm növlərinin sabit
mövcudluğu sahəsi.
EKOLOJİ ÜSUL (YANAŞMA) – müxtəlif təbii və antropogen
qruplaşmaların tədbiqində adekvat ekoloji konsepsiya və metodlarından
istifadə edilməsi.
EKOLOJİ VALENTLİK – müəyyən növün mühitin hər hansı fak-
torunun dəyişilməsinə davam gətirmək qabiliyyətinin dərəcəsi (məs.
temperatur). Geniş ekoloji valentliyə malik olan orqanizmlər evrobion-
tlar, dar valentliyə malik orqanizmlər isə stenobiontlar adlanır.
Dostları ilə paylaş: |