214
İNFEKSİYA – xarici mühitin təsirindən patogen mikroorqanizmin
insan, yaxud heyvan orqanizminə daxil olması nəticəsində orqanizmdə
gedən qarşılıqlı proses. İ-nı törədən amil orqanizmə daxil olduqda
müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses
əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud infek-
siya gəzdirmə formasında aşkar ola bilər. Hər bir İ.-nın özünəməxsus
yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion xəstəliklərində
xəstə öskürdükdə, asqırdıqda və danışdıqda İ. selik damcıları vasitəsilə
ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; səpgili yatalaq, malya-
riya, taunun bubonlu forması və s. xəstəliklər qansoran cücülər
vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi xəstəliklərin
törədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İ-nın yoluxma
mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının
əsasını təşkil edir.
Dostları ilə paylaş: