QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə473/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   469   470   471   472   473   474   475   476   ...   1096
İNSEKTOFUNQİSİD – həşəratları (insektisid) və göbələkləri (fun-

qisid) eyni vaxtda məhv etmək üçün istifadə olunan maddə.  



İNSOLYASİYA  – müəyyən vaxt (dəqiqə, gün və s.) ərzində üfiqi 

səthə (1 sm

2

) düşən düz günəş radiasiyası  və ya ümumi günəş 



radiasiyası (kalorilərlə) axını. Atmosferin yuxarı  sərhədində  İ. günəş 

sabiti anlandırılır. Bəzən günəş radiasiyasının şaquli səthə (məs., divar) 

və maili səthə (yamac) axını da İ. kimi başa düşülür. 



 

217 


 

İNSTİNKTLƏR (lat. instinctus – oyanma) – orqanizmin xarici və 

daxili qıcıqlanmalara verdiyi anadangəlmə cavab reaksiyalarının məc-

musu. İ.-in mexanizmi şərtsiz reflekslər kimi olduğundan İ.P.Pavlov İ.-

ri və  şərtsiz refleksləri oxşar hesab etmişdir. Lakin sadə  şərtsiz 

reflekslərdən fərqli olaraq İ. mürəkkəb şərtsiz reflekslərdəndir. İ.P. Pav-

lov məktəbinin məlumatına görə ən başlıca İ. bunlardır: qida İ-ri qidanı 

əldə etmək, onun ehtiyatını toplamaq və s. şəklində meydana çıxır: 

müdafiə  İ.-i qaçmaq, dişlərin, caynaqların, buynuzların köməyi ilə 

müdafiə olunmaq və s. şəklində olur; valideyn İ.-i (nəslin qayğısına 

qalmaq da adlanır) yuva tikmək, onu qorumaq, qida toplamaq və s; qrup 

İ.-i sürü, quş  və arı  dəstəsi ailə üzvlərinin birgə müdafiə olunmaq, 

soyuqda bir-birini isitmək və s. kimi münasibətlərin əsasını təşkil edir. 

İnsan  İ.-i tərbiyə prosesində formalaşmış  şüurlu fəaliyyətə tabedir. 

Lakin bu fəaliyyət ana bətnində  və doğulduqdan sonrakı dövrlərdə 

mühüm  İ. (şərtsiz reflekslər)  əsasında yaranır.  İ-in öyrənilməsinin 

tibbdə, heyvandarlıqda, kənd təsərrüfatı  zərərvericiləri ilə mübarizədə 

və s. əhəmiyyəti var. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   469   470   471   472   473   474   475   476   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin