İNTRODUKSİYA, (lat. introductio – giriş) biologiyada – 1)
müəyyən bitki növünün və ya sortunun əvvəllər təsadüf edilmədiyi
yerdə (ölkədə, vilayətdə) becərilməsi; 2) Heyvanların öz təbii arealından
kənarda yayılması. Bu halda İ. termini iqliməuyğunlaşmanın ilk
mərhələsinin sinonimi kimi işlədilir.
Bitkilərin mənşə mərkəzlərində indiki mədəni bitkilərin seleksiyası
üçün çox qiymətli olan yabanı növləri və qədim formaların genofondu
toplanmışdır. İnsanların təsiri ilə bu bitkilər mənşə mərkəzlərindən yeni
vilayətlərə köçürülmüş, arealı genişləndirilmiş, indiki mədəni bitkilər
əmələ gəlmişdir. Bitkilərin İ-sı ilə botanika bağları, botanika və selek-
siya müəssisələri məşğul olur.
İNTRODUSENT – Yerin təbii və ya antropogen kompleksinə
təsadüfən və ya müəyyən məqsədlə müvəffəqiyyətlə daxil edilən orqa-
218
nizm (növ).
Dostları ilə paylaş: |