morfoloji cəhətdən ayrılmış qrupları. Ekoloji, coğrafi və s. İ-lər ayrılır.
219
insan qrupları. İ-lər əsasən, xarici görünüşə aid irsi əlamətlərin kom-
pleksi ilə fərqlənir. İnsanları üç böyük irqə bölürlər: avropoid (avropa-
Asiya), neqroid (zənci-avstroloid) və monqoloid (asiya-amerika).
İRRİQASİYA (lat. irrigatio – suvarma) – kənd təsərrüfatında tex-
noloji üsul: bitkinin su rejiminin yaxşılaşdırılması məqsədilə lazım olan
dövrdə əlavə sudan istifadə edilməsi.
İRRİQASİYA EROZİYASI – torpaq eroziyasının bir növüdür: su-
varma əkinçiliyində aqrotexnika və suvarma qayda və normalarına
rəayət etmədikdə baş verir: yaxşı planlaşdırma aparılmayan sahələrdə
(maili yamaclarda) torpağın üst qatı yuyulub aparılır (eroziyaya
uğrayır), bəzən yarğanlar əmələ gəlir. İ.e. əsasən dağətəyi rayonlarda
şum sahələrində (qarğıdalı, tütün və s.) müşahidə olunur.
Dostları ilə paylaş: