İNTROZONAL BİTKİ ÖRTÜYÜ – bax: azonal bitki örtüyü.
İNTRUZİV SÜXURLAR, DƏRİNLİK SÜXURLARI – Yer
qabığı dərinliklərində əmələ gələn maqmatik süxurlar; yüksək təzyiq
şəraitində və maqmanın soyuma temperaturunu aşağı salan və
mineralların kristallaşmasını təmin edən uçucu komponentlərin aktiv
iştirakı ilə tədriclə soyuma şəraitində formalaşır. İ.s. batolit, lakkolit,
ştok, lopolit və s. yatım formaları əmələ gətirir. Qranit, qabbro, diorit,
siyenit və s. İ.s.-a daxildir.
İNULİN – Suda həll olan polisaxarid, mürəkkəbçiçəklilərin hüceyrə
şirəsində ehtiyat qida maddəsi halındadır, ən çox inulin andız, yerarmu-
du, zınqrıvotu, zanbaq və s. olur.
Dostları ilə paylaş: |