QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə484/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   480   481   482   483   484   485   486   487   ...   1096
İSTİRAHƏT ZONASI –  əhalinin  ənənəvi olaraq istirahəti üçün 

təbii və ya xüsusi təşkil olunmuş istirahət etdiyi ərazi, adətən yaşıl zona 

daxilində yerləşir: yaşayış yerlərindəki park və xiyabanları da daxil 

etmək olar. 



İSTİYƏDAVAMLILIQ  – ekstremal müsbət temperatura qarşı 

zülal, hüceyrə, orqan və bütövlüklə orqanizmin adaptiv dözümlüyü. 



 «İTAY-İTAY» XƏSTƏLİYİ  – suvarma suları ilə  gətirilən kad-

mium ilə çirklənmiş düyüdən yeməkdə istifadə edərkən adamların zə-

hərlənməsi. 

İŞIQLANMA DƏRƏCƏSİ  – biosenozun müxtəlif yaruslarında 

bitkinin üzərinə düşən işıq axınının səthi sıxlığı, lyuksometrlə ölçülür və 

lyuklafla ifadə olunur. 

İŞIQ REJİMİ  – Biosenoza daxil olan kiçik dalğalı günəş 

radiasiyasının paylanması  və  dəyişməsi. Keçmiş Sovet İttifaqının 

ərazisində fitosenotik aktiv radiasiya (FAR) il ərzində Uzaq Şərqdə 125 

coul/sm


2

 (30 kkal/sm

2

), cənubda 300 Coul/sm



2

 (70 kkal/sm

2

) təşkil edir. 



Fitosenozlar fotosintez üçün yalnız 02-2% FAR istifadə etdiyi üçün on-

lar işıqla kifayət qədər təmin olunur. 

Biosenozların özünün işıq rejimi onların quruluşunun sıxlığından 



 

222 


 

asılıdır. Çətirləri birləşmiş (09-1,0) palıd meşəliyində yayda çətir altına 

spektrin qırmızı hissəsinin yalnız 15%-i, sarı və narıncı hissəsi 5%, yaşıl 

4%, mavi və bənövşəyi 3%-i keçir. 

Su biosenozlarının işıqlanma dərəcəsi və keyfiyyəti böyük 

qradiyentə malikdir. Belə ki, təmiz suda 10 m dərinlikdə spektrin 

qırmızı hissəsi yalnız 2, narıncı 8, sarı 32 və göy 75%-i qalır, 500 m 

dərinlikdə isə yalnız bənövşəyi şüalar qalır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   480   481   482   483   484   485   486   487   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin