İŞIĞIN UDULMASI: bax Buger-Lambert qanunu.
İŞIQSEVƏN BİTKİLƏR, HELİOFİTLƏR – açıq və günəşli
yerlərdə bitən bitkilər. İ.b.-in normal böyüməsi üçün intensiv günəş
radiasiyası, yaxud süni radiasiya tələb olunur. İ.b. əsasən bitki örtüyü az
olan işıqlı çöl və səhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf
edilir. İ.b.-ə bağayarpağı, suzanbağı, kəkotu, günəbaxan, pambıq,
qarğıdalı, kalış, şam, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam,
məryəmnoxudu və s. daxildir. İ.b. bir sıra anatomik, morfoloji və fizi-
oloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və
süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur. Foto-
sintezin və tənəffüs intensivliyinin yüksək olması İ.b.-in xarakterik fizi-
oloji xüsusiyyətidir.
Dostları ilə paylaş: |