İZOBATLAR (izo... və yun. bathis – dərinlik) – su hövzələrinin
(göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini xəritədə birləşdirən
xətlər.
İZOBARLAR (izo... və yun. baros – ağırlıq) – xəritədə, müxtəlif
diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər.
İZOFENLƏR – eyni mövsümi hadisə məntəqələrini birləşdirən
xətlər. (məs., botanikada: bitkilərin izofeni çiçəklənmənin eyni
tarixləri).
İZOFİTLƏR – bitkilərin xəritədə eyni hündürlüklərini göstərən
xətlər.
İZOFİTOXRONA – eyni davamiyyətli vegetasiya mövsümlərini
birləşdirən xətlər.
İZOHİDRİKLƏR – eyni qalıqlı hidrogen ionlarını göstərən xətlər.
İZOXATLAR – küləyin sürəti eyni olan nöqtələri xəritədə
birləşdirən xətlər.
Dostları ilə paylaş: |