QəRİb məMMƏdov mahmud xəLİlov


KALSEFİTLƏR (lat. calcis)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə493/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   489   490   491   492   493   494   495   496   ...   1096
KALSEFİTLƏR (lat. calcis) – əhənglə zəngin olan, yəni karbonatlı 

torpaqlara üstünlük verən bitkilər. Məsələn, qaraçöhrə, çoxmeyvəli 

ardıc, dəmirqara və s. Turş torpaqlarda bu bitkilər ehtimal ki, dəmirin, 



 

226 


 

marqansın və alüminiumun sərbəst ionlarından zərər çəkirlər. 



KALSEFOBLAR  –  əhəngli, karbonatlı torpaqlardan çəkinən (qor-

xan) bitkilər. Əsl K. torpaqda NCO

3–

 və Ca


2+

 olduqda köklərində çoxlu 

birləşmələr  əmələ gətirir, onlar bitkinin inkişafına mane olur. K.-a torf 

mamırları, şabalıd ağacı və s. aiddir. 



KANAL  (lat. kanalis – boru)  – Hidrotexnikada – suyun basqınsız 

hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu), təyinatdan 

asılı olaraq gəmiçilik K-ı, energetika K-ı, suvarma K-ı və s. növləri var. 

Gəmiçilik K-ı  dəniz, göl və  gəmi üzən çayları birləşdirmək, gəmi 

hərəkətini asanlaşdırmaq, su yollarını  qısaltmaq və s. məqsədlərlə 

çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları 

komplekslərinə daxildir. Suvarma K-ları  əkin yerlərinin suvarılması 

üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı 

Şirvan kanalı. K-ların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, 

yarımdairə  və s. şəklində olur. Axın və dalğa təsirindən K. dibinin 

yuyulmasını, suyun torpağa hopmasını azaltmaq (K-ın suburaxma 

qabiliyyətini çoxaltmaq) üçün müxtəlif üzlük materiallarından (məs. 

beton, dəmir-beton) istifadə olunur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   489   490   491   492   493   494   495   496   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin