QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə494/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   490   491   492   493   494   495   496   497   ...   1096
KANALBOYU MEŞƏ ZOLAQLARI – suyun buxarlanmaya 

sərfini azaltmaq məqsədilə magistral, təsərrüfatarası suvarma kanalları 

boyu lent (zolaq) şəkilli meşəliklər salınır. K.m.z. həm də kanalın istis-

mar  şəraitini və  ərazinin hidroloji rejimini yaxşılaşdırır. Meşə 

zolaqlarında istifadə olunan ağac və kol cinslərinin tərkibi ərazinin tor-

paq – iqlim şəraiti ilə müəyyənləşdirilir. Məs. qrunt suyu səthə yaxın 

yerləşən sahələrdə rütubətsevər ağac cinsləri (qovaq, söyüd, çinar, iydə), 

duzlu torpaqlarda çəhrayı maklyura, yulğun, yapon saforası və s. əkilir. 

K.m.z. kanal istismara veriləndən bir il sonra salınır. 

KANALİZASİYA  – çirklənmiş suların yaşayış  məntəqələri və 

sənaye müəssisələrindən kənara axıdılması, həmçinin tullanmadan əvvəl 

təmizlənib zərərsizləşdirilməsini təmin edən mühəndis qurğuları, 

avadanlığı və sanitariya tədbirləri kompleksi. K. çəkilişinin qədim tarixi 

var. Arxeoloji qazıntılar nəticəsində Azərbaycanın orta əsr şəhərlərində 

(Beyləqan, Qəbələ  və s.) Kürbənd qalıqlarının aşkar edilməsi, K.-dan 

geniş istifadə olunduğunu göstərir. Lahıc, Baskal və s. dağ kəndlərində 

sal daşdan düzəldilmiş orta əsr kürbənd sistemlərindən indi də istifadə 

olunur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   490   491   492   493   494   495   496   497   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin