QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə502/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   498   499   500   501   502   503   504   505   ...   1096
KATAROB SU HÖVZƏSİ  – su hövzəsinin suyu normadan artıq 

həll olan oksigenlə doymuş, azad karbonat turşusu və hidrogen-sulfid 

isə tamamilə yoxdur. 

KATAROBİONTLAR  (yun. kathoros – təmiz və biont)  – yalnız 

təmiz, soyuq və çoxlu miqdarda həll olmuş oksigen olan suda yaşayan 

orqanizmlər (məs. su mamırı, alabalıq-forel). 

KATASENOZ  – bitki qruplaşmasının final (son) diqressiya 

mərhələsi, bu mərhələdən sonra o tamamilə  məhvə doğru gedir. (məs. 

yovşanın otlağın hədsiz otarılması  nəticəsində buynuzlu ot (Ceratocar-

pus) katasenozu. 



KATASTROFİK ÇİRKLƏNMƏ  – hər hansı bir təsərrüfata, insa-

na, yaxud ətraf mühitə son dərəcə əlverişsiz nəticələr törədən çirklənmə. 



KATASTROFİK DƏYİŞİLMƏLƏR  (yun. katostrophe – alt-üst 

olma, faciə)  – katastrofik diqressiyyalar (Vısotski, 1915) – destruktiv 

abiotik (vulkan püskürməsi, sürüşmə  və s.) və antropogen faktorların 

(məs., meşənin qırılması, bozqırların şumlanması, yanğın hadisəsi) təsiri 

nəticəsində baş verən reqressiv biosenoz dəyişilmələri. Termini 

V.D.Aleksandrova (1964) təklif etmişdir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   498   499   500   501   502   503   504   505   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin