QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə500/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   496   497   498   499   500   501   502   503   ...   1096
KARLİK FORMALARI – adətən  əlverişsiz mühit şəraitində 

inkişaf edən alçaq boylu bitkilər (heyvanlar). 



KARPOFAQLAR – bitkinin meyvəsi ilə qidalanan heyvanlar. 

KARPOZLAR  (yun. karpos - gəlir)  – birgə yaşayış formaları; iki 


 

229 


 

populyasiyadan biri üçün sərfəli (faydalı), digəri üçün praktiki olaraq 

zərərsizdir. 

KARST  –  (Yuqoslaviyanın  şimal-qərbində yerləşən platonun 

adından) – suyun süxurları  əritməsi, onlarda boşluqların və bunlarla 

əlaqədar olaraq yer səthində  və  dərinlikdə özünəməxsus relyef 

formalarının  əmələ  gəlməsi hadisəsi. K. suda asanlıqla  əriyən süxur 

(əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlaranda geniş inkişaf edir. 

K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. 

K. nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna 

mağara deyilir. Dünyada ən böyük karst mağarası ABŞ-da Kamberlend 

platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və 

qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 

23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, 

tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl 

əmələ  gəlmiş  və üç çay axır ki, bunlarda kor balıqlar və  xərçənglər 

yaşayır. K. boşluqlarında qurğuşun, sink, dəmir filizi, boksit, fosforit, 

neft, yanar qaz, səpinti qızıl, almaz yataqları olur. 

Azərbaycan Respublikasında təqribən 6 min km

2

 K. sahəsi var. Bu-



nun 3,7 min km

2

-i Böyük Qafqazda, 2 min km



2

-i Kiçik Qafqazda, 

təqribən 300 km

2

-i Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycanda 



ən çox yayılan və ümumi uzunluğu 4 min m-ə çatan təqribən 240 K. 

mağarası (ən böyükləri: Azıx, Tağlar, Şuşa, Dağtumas və s.) var. 



KARTOQRAFİYA – coğrafi xəritələr və digər kartoqrafik əsərlər, 

onların yaradılması  və istifadə edilməsi üsulları haqqında elm. Müasir 

K. bir elm kimi 7 bölməyə ayrılır: xəritəşünaslıq, riyazi K., xəritələrin 

tərtib və redaktəsi, xəritələrin bədii tərtibatı, xəritələrin nəşri, xəritələrin 

istifadə edilməsi, kartoqrafik istehsalın iqtisadiyyatı  və  təşkili. 

Azərbaycan MEA H.Ə.Əliyev adına Coğrafiya instititutunda K. şöbəsi, 

BDU-nun coğrafiya fakültəsi nəzdində Geodeziya və Kartoqrafiya 

kafedrası fəaliyyət göstərir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   496   497   498   499   500   501   502   503   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin