KƏND TƏSƏRRÜFATI ÇİRKLƏNMƏSİ – antropogen
çirklənmənin bir forması olub pestisidlər, funqisidlər və s. agentlərin
tətbiqi, mədəni bitkilərə normadan artıq gübrələrin verilməsi,
heyvandarlıq tullantılarının atılması və kənd təsərrüfatı istehsalı ilə bağlı
digər fəaliyyətlərlə əlaqədar çirklənmə.
KƏND TƏSƏRRÜFATI EKOLOGİYASI – bax: Aqroekologiya.
KƏND TƏSƏRRÜFATI
İQLİMŞÜNASLIĞI
– bax:
Aqroiqlimşunaslıq.
KƏND TƏSƏRRÜFATI METEOROLOGİYASI, aqrometeoro-
logiya – k.t. üçün əhəmiyyəti olan iqlim və hidrooloji şəraitin
obyektlərlə və k.t. istehsalatı prosesləri ilə qarşılıqlı təsirini öyrənən
tətbiqi meteoroloji fənn. K.t.m. biologiya, torpaqşünaslıq, coğrafiya və
k.t. elmləri ilə bağlıdır. Müasir K.t.m.-nın əsas problemləri: k.t. üçün
təhlükəli meteoroloji hadisələr proqnozunun üsullarını işləyib
hazırlamaq, məhsulun keyfiyyət və kəmiyyətinə dair uzunmüddətli
aqrometeoroloji proqnoz üsullarını təkmilləşdirmək, qışlama dövründə
payızlıq bitkilərin vəziyyəti və s. K.t.m. tədqiqatlarının əsası bir tərəfdən
k.t. bitkilərinin vəziyyətini, inkişafını, böyümə və məhsulların forma-
laşmasını, digər tərəfdən meteoroloji amillərin paralel müşahidə
olunması və biometrik ölçmələrdir.
Dostları ilə paylaş: |