236
hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj bo-
rusu və ya kanal.
Kanalizasiyada-kanalizasiya şəbəkəsində çirkab suları toplayan sahə.
KOLLOİD KOMPLEKSİ –
(yun. kolla- yapışqan və eidos –
görkəm, forma) – lilin kolloid fraksiyası və ya çoxkomponentli kolloid
üzvi maddələr.
KOLLÜVİUM (lat. colluvio - yığılma) – əsasən ağırlıq qüvvəsinin
təsiri ilə (sürüşmə, uçqun və s.) yüksək sahələrdən hərəkət edərək dağ
yamaclarında və ya onların ətəklərində toplanmış qırıntı materialı
(süxurlar).
KOLMATAJ (frans. colmatage) – 1) gilli və ya narın hissəciklərin
təbii və ya süni yolla dağ süxurlarının məsamələrinə dolaraq onun sutu-
tumunu və sukeçirmə qabiliyyətini dəyişdirməsi. 2) allüviumun su
hövzələrinin dibində sedimentasiya prosesi; bu proses hövzənin dibinin
qalxmasına və hövzənin allüvium bataqlığına çevrilməsinə səbəb olur.
Dostları ilə paylaş: