QəRİb məMMƏdov mahmud xəLİlov


KLİRİNQ (ing. clearing – əkin üçün təmizlənmiş yer)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə515/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   511   512   513   514   515   516   517   518   ...   1096
KLİRİNQ (ing. clearing – əkin üçün təmizlənmiş yer) – şumlamaq 

üçün nəzərdə tutulmuş yer sahəsi. 



KLON (yun. klon – budaq, pöhrə) – bir fərdin vegetativ yolla arta-

raq verdiyi nəslin  əmələ  gətirdiyi kiçik populyasiya. Belə klonlar 

qruplaşmalarında çox vaxt parsellər və ya mikrosenozlar əmələ  gətirir. 

K. geniş  mənada bitkinin vegetativ və ya qeyri-cinsi yolla artaraq 

yaratdığı nəsildir. 

KOL, YARIMKOL VƏ OT QRUPLARININ (QRUPLAŞ-

MALARININ) DOLULUQ DƏRƏCƏSİ – Vahid sahədə (1m

2

) növün 



(növlərin) proyektiv örtmə dərəcəsinin cəmi ilə təyin edilir. 

KOLLAR  – budaqlanması torpağın səthindən başlayan çoxillik 

bitki. Hündürlüyü 0,8-6,0 m-ə çatır. 10-20 il, bəzən 40-50 il yaşayır. 

Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ 

zonasına qədər hər yerdə yayılmışdır. Düzgövdəli (bəzi söyüdlər), geok-

sil (məs. itburnu, bambuk), sürünən (bəzi ardıclar), sarmaşıqşəkilli (məs. 

üzüm), sukkulent (bəzi kaktus növləri) və parazit (məs. Viscum album) 

kollar məlumdur. Azərbaycan Respublikası florasında 290-a qədər kol 

növü var. Əksəriyyəti meyvə, dərman və efiryağlı bitkilərdir. 



KOLLEKSİYA, tədrisdə – həmcins və oxşar əşyaların əlamətlərinə 

görə toplanması və qruplaşdırılması; təlimdə-istifadə edilən əyani vəsait. 

K.-lar faydalı qazıntı, cücü, bitki və heyvanlar, toxum, çiçək, torpaq, 

mineral, əlyazması, qədim pul, poçt markası, təsviri sənət əsəri və s. ola 

bilər. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   511   512   513   514   515   516   517   518   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin