KONSUMENTLƏR (lat. consumo – istifadə edirəm) – üzvi
maddələrdən istifadə edən heyvanlar, bəzi bitki qrupları. Konsumentlər
arasında fitofaqlar, zoofaqlar (heyvanlarla qidalanan) və fitozoofaqlar
(bitki və heyvanlarla qidalanan) vardır.
KONTİNENT (lat. continens) – sahəsi bir neçə milyon km
2
-dən az
olmayan quru ərazisi. Eyni ilə «materik”» termini kimi işlənir.
KONTİNENTAL BUZLAQ – kontinentin geniş sahəsini tutan buz
örtüyü.
KONTİNENTAL ÇÖKÜNTÜLƏR – dəniz çöküntülərinin əksinə
olaraq, çay, göl, bataqlıq, bulaq,eol və s. çöküntülər. K.ç.-ə yerüstü fau-
na və flora xarakterikdir. K.ç. bir neçə genetik növə ayrılır: elüvial, ya-
mac, su, buzlaq, külək (eol) və s. Vulkan tufları, onların qurudakı
yenidən çökdürülmə məhsulları da K.ç.-ə daxildir.
KONTİNENTAL İQLİM – dəniz iqliminin əksinə və dənizlərdən
uzaqda yerləşən quru sahələrin iqlimidir. K.i.-in əsas xüsusiyyəti
gündəlik və illik temperatur amplitudasının böyüklüyü, kəskin sutkalıq
dəyişkənliyi, yağıntının və rütubətin azlığı və havanın quru olmasıdır.
Materiklərin daxilinə getdikcə dəniz iqlimi tədricən K.i-ə keçir. K.i.-də
Günəş insolyasiyası və gecə yerin özündən şüa buraxması güclü olur.
Yayda gecələr sərin və aydın, gündüzlər isə isti və küləkli keçir.
Azərbaycan Respublikası ərazisində ən yüksək kontinentallıq Naxçıvan
MR-dır. (Arazboyu düzənliklər və alçaq dağlıqda).
Dostları ilə paylaş: |