KONVEKSİYA
(okeanda) – suyun şaquli hərəkəti. Suyun
sıxlığının dəyişməsindən əmələ gəlir. K. okeanın yuxarı qatlarında və
səthində temperaturun aşağı düşdüyü, yaxud duzluluğun artdığı, böyük
dərinliklərdə isə temperaturun adiabatik yüksəldiyi şəraitdə inkişaf edir.
K. əhatə etdiyi qatlarda suyun qarışmasına, soyuq və isti səthaltı su
qatlarının əmələ gəlməsinə, daha aşağı qatların oksigenlə
zənginləşməsinə səbəb olur. Payız-qış dövründə K. böyük dərinliklərə,
ayrı-ayrı subtropik və tropik qurşaqların dənizlərdə isə dibədək yayılır.
Dostları ilə paylaş: |