KORMOBİONT (yun. kormos – kötük və biont) – ağac və kolların
gövdələrində yaşayan orqanizmlər.
KORMOFİTLƏR (yun. kormos – gövdə, phyton - bitki) – gövdəsi
və yarpağı olan bitkilər. Mamırların əksəriyyəti, bütün qıjıkimilər və
toxumlu bitkilər K.-ə aiddir. Bəzən K.-ə yarpaq və gövdədən əlavə kökü
olan bitkilər də aid edilir. K. tarix inkişaf prosesində yarpaq və gövdəyə
bölünməyən tallomlu bitkilərdən əmələ gəlmişdir.
KORROZİYA – suyun süxurlara kimyəvi təsiri nəticəsində
süxurların dəyişilməsi və onlarda boşluq, şırım, çüxur əmələ gəlməsi
prosesi.
KOSMİK ANTROPOEKOLOGİYA – insan ekologiyasının bir
hissəsi, insanın kosmik mühit şəraitinə düşdüyü vaxt kosmonavtların
(astronavtların) həyat təminatını daha effektiv həyata keçirmək
məqsədilə əsaslı və elmi-texniki problemləri tədqiq edir.
KOSMİK BİOLOGİYA – Kainatda canlı materiyanın mənşəyi,
mövcudluğu, yayılması, təkamül xüsusiyyətlərini, kosmik fəza
şəraitində digər göy cisimlərində və ya kosmik aparatlarında uçuş vaxtı
Yer orqanizmlərinin həyat fəaliyyəti xüsusiyyətlərini öyrənən kompleks
elmi fənn. K.b.-nın əsası V.V. Dokuçayev, K.A.Timiryazev, V.İ. Ver-
nadski, İ.M.Seçenov, İ.P. Pavlov, A.L.Çijevski tərəfindən qoyulmuşdur.
KOSMİK FAKTOR – mənbəyi kosmik fəzada baş verən proseslər
olan faktor (günəş və kosmik radiasiya, ay işığı, kosmos tozu və s.).
Dostları ilə paylaş: |