QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə536/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   532   533   534   535   536   537   538   539   ...   1096
Poykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda) 

anabioz hala düşən, lakin tənəffüs tam mühafizə olduğu üçün hüceyrə 

təşkili pozulmayan bitkilər. 

KSENOBİOTİKLƏR – canlı biosfer üçün yad maddələr; çox vaxt 

zəhərli olur (pestisidlər, ağır metallar, fenollar, detergentlər, plastik 

kütlələr və s.). 

KSERİT SUKSESSİYA – ilkin suksessiya formalarından biri olub 



 

246 


 

çılpaq qaya, qumlar və  yə başqa qeyri-üzvi mənşəli töküntülər 

(çöküntülər) üzərində bitki örtüyünün inkişafı. Belə substratlar zəif su-

saxlama qabiliyyətinə malik olduğundan suksessiyanın ilk 

mərhələlərində quru şəraiti ilə xarakterizə olunur. 

KSEROFİTLƏŞMƏ  – insan fəaliyyətinin təsiri nəticəsində 

ekosistemlərdə, landşaftlarda torpağın nəmliyinin tədricən azalması  və 

quraqlaşmanın artması. K. ekosistemin məhsuldarlığını azaldır, biose-

nozu dəyişdirir, fitosenozlarda kserofitlərin çoxalmasına, çox vaxt 

bozqırlaşmaya və  səhralaşmaya səbəb olur. Güman edilir ki, Yaxın 

Şərqin bütün səhraları insan fəaliyyətinin təciri nəticəsində yaranmışdır. 

Saxara səhrasının sahəsi bu səbəbdən ildə 100 min ha artır. K. prosesini 

bərpa olunmayan hesab etmək olmaz. Bir sıra təbiəti mühafizə tədbirləri 

(tarlaqoruyucu meşə zolaqları, torpağın münbitliyini artırmaq, suvarma, 

torpaqqoruyucu aqrotexnika, otlaqların düzgün istifadəsi, torpaqda su 

balansının saxlanması  və s.) həyata keçirməklə K.-nin qarşısını almaq 

mümkündür. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   532   533   534   535   536   537   538   539   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin