QəRİb məMMƏdov mahmud xəLİlov


KRİTİK DOZA (yun. xenos – yad)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə535/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   531   532   533   534   535   536   537   538   ...   1096
KRİTİK DOZA (yun. xenos – yad) – canlı orqanizmlər üçün 

təhlükə yaradan ekoloji faktorun dozası. 



KSENOBİOTİK (yun. xenos - yad) – orqanizm üçün istənilən yad 

maddələr (məs. pestisidlər) bioloji proseslərin pozulmasına, o cümlədən 

məhvinə səbəb olur. 

KSEROFİLLƏR  (yun. xeros – quru və fil)  – quraq mühitə, 

xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan heyvanlar. K.-in 

bədən səthindən, tənəffüs orqanları qişalarından və mübadilə məhsuları 

ilə su itkisi olduqca azdır. K. metabolik sudan (dəvə, ərəb dovşanı), si-

dik kisəsində topladığı ehtiyat sudan (Avstraliya qurbağası), yaxud qida 

ilə aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq və s.) 

uzun müddət susuz yaşaya bilir. K.-in çoxunda yay yuxusu, mövsümi 

diapauza, axşam-gecə fəallığı suyun qənaətlə sərf edilməsinə səbəb olur. 

K. susuzluğa davamlı olsa da, su içmək üçün arabir uzaq məsafələrə 

gedirlər (qulan, büldürük). 



KSEROFİTLƏR  – bir sıra uyğunlaşdırıcı  əlamət və xassələrin 

köməyi ilə istiyə və susuzluğa dözüb, quraq yerdə yaşayan, bitkilər. 20-

50% su itirildikdə solmağa dözür. K. əsasən aşağıdakı ekoloji-fizioloji 

qrupları  əhatə edir. Sukkulentlər  –  ətli yarpaq (aqava, aloye), yaxud 

gövdəsi olan (kaktuslar), kökü üst qatında yayılın, istiyə davamlı, lakin 

susuzluğa davamsız bitkilər. Hemikserofitlər – kök sistemi qrunt suyu-

na çatan, quraqlığa davamlı, lakin uzun müddət susuzluğa dözməyən, 

transpirasiya və maddələr mübadiləsi intensiv gedən bitkilər. Bura çöldə 

bitən istəyədavamsız  (məs. sürvə) və səhrada bitən istiyə davamlı (məs. 

dəvətikanı) bitkilər daxildir. Evkserofitlər – kök sistemi yaxşı budaqla-

nan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa və 

istiyədavamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   531   532   533   534   535   536   537   538   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin