QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə533/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   529   530   531   532   533   534   535   536   ...   1096
KRİNOHALOKSEROFİTLƏR  – yarpaqlarındakı  vəziciklər 

vasitəsilə izafi duzlardan azad olan duzadavamlı kserofil bitkilər 

(dəvəayağı, qışotu və s.). 

 

KRİNOHALOFİTLƏR  – yarpaqlarda olan xüsusi vəziciklərlə 

orqanizmdən duzun ayırması. 



KRİOBİOLOGİYA  – biologiyanın bölməsi; aşağı temperaturun 

(soyuğun) canlı orqanizmlərə təsiri ilə məşğul olur. 



KRİOBİONTLAR (yun. kryos – soyuq, şaxta) – çox soyuq yerlərin 

daim sakinləri. (qarda və ya buzda). 



KRİOBOİS – qarın daxilində və ya səthində yaşayan orqanizmlər. 

KRİOFİLLƏR  (yun. xeros - quru)  –  ərimiş qar sularından  əmələ 

gələn gölməçələrdə, buzun, yaxud qarın üzərində və dəniz buzlarından 

əmələ  gələn sularda yaşayan soyuqsevən heyvanlar. Temperatur 

alçaldıqca onlar donub buza çevrilir. Kriofil yosunların kütləvi surətdə 

artması qarın və buzun rənglənməsinə səbəb olur. 

KRİOFİTLƏR – soyuq (vegetasiya dövründə orta ongünlük tempe-

ratur 0-10

°C) və quru yerlərdə yaşamağa uyğunlaşmış bitkilər. Psix-

rofitlərlə birlikdə tundranın, alp çəmənliklərinin, yüksək dağlıq 

yerlərindəki çöküntü və qayaların  əsas bitki örtüyünü əmələ  gətirir. 

Məs., Pamir, Tyanşan vəTibetin yüksək dağlıq səhralarında bitən 

yastığaoxşar bitkilər K.-ə aiddir. 

KRİOFOB – soyuq iqlimi olan yerlərdə yaşamağa alışmayan orqa-

nizm (növ). 



KRİOGEN PROSES – torpağın mənfi dərəcəyə  qədər soyuması, 

donması  və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və 

bioloji proseslərin məcmusu: torpağın çat verməsi; torpaq donarkən tor-

paq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası; çınqıl və daş 

qırıqlarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması  və 

struktur – oliqonal törəmələrin – çoxkünclü daşlar, tor və s.-nin 

formalaşması; şaxta-don qabarmaları və s. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   529   530   531   532   533   534   535   536   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin