KOSMİK FOTOŞƏKİLÇƏKMƏ – Yer atmosferindən kənarda
yerləşdirilən cihazlar vasitəsilə Yerin, göy cisimlərinin, dumanlıqların
və müxtəlif kosmik hadisələrin şəklinin çəkilməsi. Bu üsulla bir şəkildə
10 km
2
-lərlə sahədən tutmuş bütövlükdə Yer kürəsinə qədər obyektləri
yerləşdirmək olur. Həmin şəkillərə əsasən planetimizin atmosfer, litos-
fer, hidrosfer, biosfer və landşaftın mühüm struktur, regional, zonal və
qlobal xüsusiyytlərini öyrənmək mümkündür. K.f. təbii hadisələrin
(gündəlik, mövsümi) və epizodik (meşə yanğınları, vulkan püskürməsi
və s.) dinamikasını, müxtəlif təsərrüfat fəaliyyətini (məhsul yığımı, su
hövzəsinin doldurulması və s) öyrənməyə, həmçinin ətraf mühitin
çirklənməsi ilə mübarizə üçün kompleks tədbirlər görməyə imkan verir.
K.f. apparatının iş prinsipi aerofotoşəkilçəkmədə olduğu kimidir.
242
Şəkillərin orta miqyası 1:1000 000-1-10 000 000 qədərdir. K.f.-dən
meteorologiyada yerin qar örtüyünün, buludların öyrənilməsi və s.) geo-
logiya və geomorfologiyada, təbii sərvətlərin tədqiqi üçün ətraf mühitin
vəziyyətinə nəzarət məqsədi ilə istifadə olunur.
Dostları ilə paylaş: |