KOSMİK RADİASİYA – Kosmosdan Yerə düşən kompleks
(qarışıq) tərkibli ionlaşmış şüalanma (şüalar). Yer səthi zonasında K.r.
bərk (əsasən mezonlar) və yumşaq (elektronlar, pozitronlar, elektro-
maqnit dalğaları) şüalanmadan ibarət olur. K.r. ətraf (kimyəvi) mühitin
faktoru kimi orqanizmlər üçün mühüm əhəmiyyət kəsb edir.
KOSMİK ŞÜALAR – Kainatdan Yer atmosferinə düşən böyük
enerjili zərrəciklər (ilkin şüalanma) və onların atmosferdəki atom
nüvələri ilə toqquşması nəticəsində yaranan elementar zərrəciklər (ikinci
şüalanma) seli.
KOSMİK YERŞÜNASLIQ – kosmik metodlarla Yeri və yerətrafı
fəzanın tədqiqi kosmik aparatının köməyilə yerinə yetirilərək təbii
resursların öyrənilməsi və mənimsənilməsi, həmçinin ətraf mühitin
mühafizəsi vəzifəsini daşıyır. Termini A.V. Sidorenko (1980) təklif
etmişdir.
KOSMİK ZONDLAŞDIRMA – Yerin süni peyklərinin və pilotlu
uçan aparatların köməyi ilə atmosferin və yerin səthinin, o cümlədən
biosferin vəziyyəti haqqında məlumatların alınması.
KOSMOGENEZ – kosmosun, Kainatın qanunauyğun təkamülü.
KOSMOKİMYA – kosmik cisimlərin kimyəvi tərkibi, kimyəvi
elementlərin Kainatda yayılması və paylanması qanunauyğunluqları və
kosmik kütlələrdə atomların miqrasiyası haqqında elm.
KOSMOQONİYA – astronomiyanın bölməsi; kosmik cisimləri və
243
onların sistemlərinin mənşəyini, inkişafını öyrənir. Üç bölməyə ayrılır:
planet, ulduz və qalaktikalar K.-sı.
Dostları ilə paylaş: |