KOSMOPOLİTLƏR (BİOLOGİYADA) – Yer kürəsinin demək
olar ki, hər bir guşəsində (Antraktidadan başqa) yaşaya bilən heyvan və
bitki növləri, cinsləri, fəsilələri və ya daha iri qrupları. Ali dərəcəli K.-ə
taxıllar fəsiləsi, sərçəkimilər dəstəsi misal ola bilər. Həmçinin multre-
qional K., bir çox regionlarda rast gəlinən növlər ayırırlar.
KOSMOS (yun. kosmos) – Kainat, kainatın sinonimi. Bəzən Yer
(atmosferi ilə birlikdə) K.-a aid edilir.
KOSMOSUN ÇİRKLƏNMƏSİ – kosmosun istifadəsi intensiv-
liyinin artması ilə bağlı olan yeni antropogen çirklənmə növü. Hazırda
Yerətrafı orbitdə 7 min iri obyektlər, o cümlədən 400 fəaliyyətdə olan
peyk mövcuddur, qalan obyektlər – xarab olmuş cihazlar, peyklərin və
uçan cihazların və s. var. Kosmos zibilləri kəsgin artmaqda davam edir.
Bir sıra ölkələrdə təhlükəli tullantıları toplamaq üçün «Kosmos
zibillikləri”» layihələri hazırlanır.
KÖK – yarpaqlı gövdəli bitkilərin (mamırlardan başqa) əsas vegeta-
tiv orqanlarından biri: bitkini substrata birləşdirmək, ondan su və qida
maddələrini udmaq, qəbul olunmuş maddələrdən üzvi maddə sintez
etmək, onları bitkinin başqa orqanlarına keçirmək və mübadilə prosesi-
nin bəzi məhsullarını ifraz etmək funksiyasını daşıyır. Bəzi bitkilərdə
K.-ün ehtiyat qida maddələri toplamaq (yerkökü, çuğundur və s.) və ve-
getativ çoxalma orqanı (kök pöhrələri) olmaqla əlavə vəzifələri də var.
KÖK İFRAZATI – Bitki kökləri ilə torpaq və su mühitinə biolinlər-
üzvi və mineral maddələrin (amin turşulrı, karbohidratlar, üzvi turşular,
fosfatlar, sulfatlar, fermentlər) ifrazatı (ayrılması). Bu maddələr torpağa
fəal təsir göstərərək mikroorqanizmlərin risozferdən istifadəsinə şərait
yaradır və qonşu bitkilərin köklərinə də təsir göstərir.
KÖKLÜ SÜXUR – ilk yarandığı yerdə yerləşən bərk süxur. Adətən
aşınmış qabığın altında yerləşir, külək eroziyasına məruz qalmır.
KÖÇƏRİ QUŞLAR – bu və ya digər rayonlarda ancaq çoxalma
vaxtı, yaxud qışda yaşayan quşlar. K.q. yazda gəlir, bala çıxarır, payızda
gedir (yuvalayan quşlar) və payızda gəlib yazda gedirlər (qışlayan
quşlar). Azərbaycan Respublikasında 160 növ köçəri quş var (100 növü
yuvalayan, 60 növü qışlayan). Eyni növdən olan quşlar bir yerdə köçəri,
başqa yerdə oturaq ola bilər. Yuvaladığı və qışladığı rayonlar arasında
müvəqqəti görünən quşlar ötüb keçən quşlardır.
KÖÇMƏ – orqanizmlərin yem dalınca və ya istirahət etmək üçün
qısa müddətə nisbətən uzaq olmayan yerə köçməsi, (məs., qarğalar,
dovşanlar, dolaşalar, arıquşular, çəyirtkələr).
244
KÖRFƏZ – okeanın, dənizin və ya gölün quruya doğru soxulmuş,
lakin əsas hövzəsi ilə sərbəst su mübadiləsi olan hissəsi.
Dostları ilə paylaş: |