QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə540/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   536   537   538   539   540   541   542   543   ...   1096
KÜKÜRDSÜZLƏŞDİRMƏ – qazıntı yanacaqlarından (kömür, neft 

və tüstü qazları) kükürd birləşmələrinin kənar edilməsi. 



KÜL, KÜL ELEMENTLƏRİ  – üzvi maddələri (bitki, meşə 

döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz 

etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla 

da qida maddələrinin çatışmamasını təyin etmək olar. ca, K, Na, Cl və S 

elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd 

təsərrüfatında K.-dən kalium gübrəsi kimi geniş istifadə olunur. K.-də 

bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqne-

zium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var. 



KÜLƏK – havanın üfqi istiqamətində hərəkəti. K. çox mühüm amil-

dir.  İstiliyin və rütubətin bir sahədən digərinə aparılması onunla 

əlaqədardır. K. barik qradiyentin təsiri altında  əmələ  gəlir və  təzyiqin 

yüksək olduğu sahədən alçaq olduğu sahəyə doğru əsir. Külək istiqaməti 

və sürəti ilə  səciyyələnir. Sürət m/san və ya Bofort cədvəli üzrə (0-12 

ball ilə) göstərilir. K.-in istiqaməti və sürəti flüger və anamometr 

vasitəsi ilə ölçülür. Sürəti 0-dan (şələkət) 50 m/san-yədək, yüksək 

təbəqələrdə qasırğa zamanı 100 m/san-yədək olur. Ümumi atmosfer 

dövranı (passatlar, mussonlar), yerli hava dövranı (dağ-dərə küləkləri, 



 

248 


 

brizlər və s.), yerli küləklər və s. K-lər məlumdur. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   536   537   538   539   540   541   542   543   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin