QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə542/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   538   539   540   541   542   543   544   545   ...   1096
KÜLƏK EROZİYASI  – torpağın, qumun və ana süxurun 

sovrulması prosesi. K.e. şiddətli küləklərin təsirindən yüngül mexaniki 

tərkibli torpaqların, narın qumların sovrulub aparılması  şəklində 

müşahidə olunur. K.e.-nın  əmələ  gəlməsinə iqlimin quraq olması, 

şiddətli küləklərin  əsməsi, sahədə bitki örtüyünün zəif (seyrək) olması 

və ya heç olmaması  səbəb olur. Şoran torpaqlarda duzlar külək 

vasitəsilə sovrularaq başqa yerlərə aparılır (impulverizasiya). 

K.e. xalq təsərrüfatına böyük ziyan vurur. Abşeron yarımadasında 

K.e.-nın gətirdiyi qum yolları, su kəmərlərini, bağları basıb örtür. Bunun 

təmizlənməsi üçün çoxlu vəsait tələb olunur. K.e.-nın qarşısını almaq 

üçün mexaniki və canlı  çəpərlərdən istifadə etmək məsləhət görülür. 

Qumları bərkitmək üçün Abşeron şəraitində innab, püstə, zeytun, əncir, 

xartut, dəfnə, eldar şamı, nazkolu və s.-dən istifadə edib meşə-bağların 

və üzümlüklərin salınması mühüm tədbir sayılır. 



KÜLƏŞ – taxıl və paxlalı dənli bitkilərin döyümdən sonra qalan qu-

ru gövdələri; kətan, çətənə, kənaf və  bəzi başqa bitkilərin yarpaqdan, 

çiçək qrupundan və toxumdan təmizlənmiş quru gövdələrinə də K. deyi-

lir. Dənli bitkilərin K.-dən  əsasən, mal-qaranın yemləndirilməsində 

istifadə edilir. K.-dən kağız və karton istehsalında, həsir toxunmasında 

və s. sahələrdə istifadə edilir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   538   539   540   541   542   543   544   545   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin