QARAÇÖHRƏ FƏSİLƏSİ (Taxaceae) bu fəsiləyə Torreya, sefa-
lotaksus və qaraçöhrə (Taxus) cinsləri daxil olub əsasən şimal
yarımkürəsində yayılmışdır. Dünyada 8 qaraçöhrə növü məlumdur.
Onun bir növü – giləmeyvəli və ya avropa qaraçöhrəsi (T.baccata)
Azərbaycanda, Böyük Qafqazda (Balakəndən Şamaxıya qədər) və
şimal-şərq yamacda, Kiçik Qafqazda (Tovuz, Gədəbəy, Kəlbəcər,
Daşkəsən, Dağlıq Qarabağ) və Lerik rayonunda (Hamarat kəndi
ətrafında) yayılmışdır. Boyu 25-27 m, yoğunluğu 150 sm-ə çatır, 1500-
2000 ilə qədər yaşayır. Üçüncü dövrün həmişəyaşıl iynəyarpaqlı ağacı
Azərbaycanın qırmızhı kitabına daxil edilmişdir.
Dostları ilə paylaş: |