QARĞALAR (Corvidae) – sərçəkimilər dəstəsinin bir fəsiləsi. 100-
dən artıq növü məlumdur. Azərbaycanda 8 növü yaşayır. Bunlardan boz
qarğa, dolaşa, zağca, zığ-zığ, sağsağan və s.-nin göstərmək olar. Bir
qismi siçan və həşəratlarla qidalandığı üçün faydalıdır. Bəziləri isə
əkinləri, quş yumurtalarını və onların balalarını məhv etdiyinə görə
zərərlidir.
QARIN “ÇİÇƏKLƏMƏSİ” – bax: Xionofitlər.
QARIŞIQ MEŞƏLİK – iki və daha çox ağac cinsindən ibarət olan
meşəlik. Məs. vələsli-ağcaqayınlı-palıdlıq və s.
QARIŞQALAR (Formicidae) – pərdəqanadlılar dəstəsinin bir
fəsiləsi. Tropik ölkələrdə çoxdur. Qafqazda 160-dan çox, Azərbaycanda
90-a qədər növü məlumdur. Fomica cinsindən olan kürən meşə Q.-rı
biosenozda mühüm rol oynayır; xırda onurğasızları məhv edir, sorucu
həşəratlarda, başlıca olaraq mənənələrlə simbioz münasibətdə
(“trofobioz”) olur. Kürən meşə Q-.ının bəzi növlərindən yarpaq
gəmiriciləri ilə mübarizədə istifadə edirlər. Buna görə də Q.-ın və
bunların yuvalarının qorunmasına dair tədbirlər görülür.
Dostları ilə paylaş: |