QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə549/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   545   546   547   548   549   550   551   552   ...   1096
QAR SƏRHƏDİ (XƏTTİ)  – il ərzində düşən bərk yağıntıların 

həmin miqdarda qalma yüksəkliyi. Aşağı qar sərhədi – qar yığınının 

başlanğıcı müşahidə edilən xətt, yuxarı qar sərhədi – yüksəkliyə 

qalxdıqca yağıntının azalması ilə  əlaqədar buzlaq və qar yağıntısının 

itdiyi (olmadığı) hündürlük hesab edilir. 

QAR SINDIRAN AĞAC  – qarın ağırlıq qüvvəsinin təsiri ilə 

gövdəsi və ya təpə hissəsi sınmış ağac. 



QAR UÇQUNU – bax Uçqun. 

QAR YIXAN AĞAC  – qarın ağırlıq qüvvəsinin təsiri nəticəsində 

kökündən qoparılıb yıxılmış ağac. 



QARA SİYAHI – məhv olub sıradan çıxan bitki və heyvan növləri. 

(məs. Komandor adasındakı dəniz inəyi) 



QARA SU – yer səthinə  çıxmış yeraltı sular. Başlıca olaraq təbii 

drenləşdirmə qabiliyyəti olmayan və ya çox zəif olan yerlərdə müşahidə 

olunur. Q.s. – bulaq kimi yerin səthinə  çıxır və ya bataqlıq  əmələ 

gətirərək çox kiçik sürətlə aradan axır. Q.s.-da çoxlu miqdarda üzvi 

maddələr vardır, içildikdə mədə xəstəlikləri törədir. 

QARA TORPAQLAR – çəmən-bozqır və meşə-bozqır zonalarında 

müxtəlif ot bitkiləri altında inkişaf edən torpaq tipi. Q.t.-da humusun 

miqdarı 8-12%, hətta 15%-ə, ümumi azotun miqdarı 0,2-0,6%, fosforun 

miqdarı isə 0,1-0,2-ə çatır, Dünyada 240 mln ha Q. sahəsi var. 

Azərbaycanda Q.t.-lar bütöv zona təşkil etmir. Ona kiçik sahələrdə 

Gədəbəy, Şamaxı, İsmayıllı və başqa rayonların ərazisində rast gəlinir. 



QARA TUFANLAR – torpağın külək eroziyası tipi. Q.t. güclü 

küləklər zamanı baş verir, xırda torpaq hissəcikləri havada asılı halda 

hərəkət edir. 

QARA YEL – ilin isti dövründə bitkisiz yer səthi üzərindən əsən və 



 

255 


 

özü ilə çoxlu miqdarda toz qaldıran güclü külək. Q.y. əsdikdə yazlıq 

əkin sahələrinin bitkisiz hissəsində sovrulma gedir; əkin sahələrini qum 

basır və gətirmələrin qalınlığı 10-15 sm-ə çatır. Q.y. bəzən torpağı 20-

25 sm dərinliyə qədər sovurur. Q.y. Azərb-nın bır sıra r-nunda müşahidə 

edilir, lakin çox intensiv olur. Q.y. Abşeron rayonunda və  mərkəzi-çöl 

zonasının qərb rayonlarında müşahidə olunur. Q.y--in zərərli təsirinin 

qarşısının alınmasında eroziyaya qarşı aqrotexniki tədbirlər və tarlaqo-

ruyucu meşə zolaqlarının salınması mühüm rol oynayır. Aqrotexniki və 

meşə-meliorasiya işlərinin birlikdə tətbiqi isə daha səmərəli nəticə verir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   545   546   547   548   549   550   551   552   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin