mübadiləsi olmayan populyasiya. Belə populyasiyalara kiçik okean
və s. aiddir.
istehsal prosesində çirkli suyu buraxmadan istifadəsi. Suyu təkrar
üçün ona lazımi keyfiyyətlər qaytarılır. (bərpa edilir).
çoxbucaqlı, adətən altıbucaqlı ulduz formasında olur. Q. kristallarının
254
diametri bir neçə mm-dən 8-10 sm-ə qədər ola bilər. Q. rütubətli
havanın temperaturu 0
°-dən aşağı düşdükdə əmələ gəlir.
QAR ÖRTÜYÜ – qar yağması nəticəsində yerin səthində əmələ
gələn qar qatı. Daimi (çoxillik) Q.ö., müvəqqəti Q.ö. olan və Q.ö ol-
mayan (tropik və ekvatorial qurşaqlar) ərazilər var. Qar örtüyünün səthi
günəş radiasiyasını güclü əks etdirir və havaya soyuducu təsir göstərir.
Q.ö. istini pis keçirdiyindən, qışda torpağı soyumağa qoymur və
payızlıq əkinləri don vurmaqdan mühafizə edir. Əridikdə torpağın
rütubəti və çayların suyu artır; bu da kənd təsərrüfatı üçün mühüm amil
sayılır. Azərbaycanda Q.ö.-nün orta illik hündürlüyü 20-30 sm-ə
qədərdir. Q.ö. bəzi çox qarlı qışlarda nəqliyyat və qışlaq maldarlığı üçün
xeyli çətinlik yaradır.
Dostları ilə paylaş: