terioloji silah və s. K.q.s. raket, təyyarə, artilleriya vasitələri və s. ilə
silah, annihilyasiya silahı və s.) yaratmağa imkan verir.
253
Q
QABAQCADAN YOXLAMA (rekoqnossirovka) – ərazidə qabaq-
cadan marşrut üzrə geobotaniki tədqiqatın aparılması. Bu zaman daha
xarakterik bitki qruplaşmaları vizual (gözəyarı) və onların ekoloji
şəraitlə əlaqəsi aşkar edilir. Q.Y. aparılarkən landşaftın daha xarakterik
elementlərində tək-tək geobotaniki təsvirlər yerinə yetirilir, torpaq
kəsimləri qoyulur və bitki qruplaşmalarının dəyişilmələrinin sxematik
çəkilişləri aparılır.
Q.Y.-dan sonra geniş geobotaniki tədqiqatlar və geobotaniki
xəritələşdirmə işləri yerinə yetirilir.
QABARMA – Ayın və Günəşin cazibə qüvvələrinin təsiri ilə su
səviyyəsinin dövri qalxması (dəniz və okean qabarması), Yer qatlarının
deformasiyaya uğraması (Yer Q.-sı). atmosfer təzyiqinin dövri
dəyişməsi (atmosfer Q.-sı). Yerin ixtiyari nöqtəsindəki və mərkəzindəki
eynikütləli hissəciklərin Ay (Günəş) tərəfindən cəzb olunma
qüvvələrinin fərqinə qabardıcı qüvvə deyilir.
Dostları ilə paylaş: