QARŞISI ALINAN NƏZARƏT – yeni binalar, texnoloji proseslər
və təmizləyici qurğular layihələşdirdikdə və tikdikdə sanitar-gigiyena
qayda və normalarının yerinə yetirilməsi üzərində müşahidə, (nəzarət).
QASIRĞA, BURAĞAN – havanın sütun və ya qıf formasında
burulğanlı hərəkəti. Q.-nın diametri bir neçə on metrdən (dənizdə) bir
neçə yüz metrə (quruda) çatır, öz oxu ətrafında 50-100 m/san sürəti ilə
fırlanır və 10-20 m/san sürəti ilə öz yerini dəyişir. Dənizlərdə də Q.
hadisəsi olur və dəniz «xortumu»” adlanır. Q. yer səthində qızmış
havanın üstündə atmosferin şaquli müvazinətinin pozulması nəticəsində
əmələ gəlir. Çox böyük dağıdıcı qüvvəyə malik olan Q. tutqun rəngdə
olub yer səthindən buludlara qədər qalxır.
Dostları ilə paylaş: |