QƏRƏNFİLÇİÇƏKLİLƏR
(Caryophyllaceae)
– ikiləpəli,
sərbəstləçəkli bitki fəsiləsi. Ot, bəzən yarımkol, nadir halda kol
bitkiləridir. Tamkənarlı ensiz yarpaqları qarşı-qarşıya düzülür. Meyvəsi
qutucuq, bəzən birtoxumlu fındığça və ya giləmeyvəyə oxşayır. Şimal
yarımkürəsinin mülayim iqlimli ərazilərində 2100-ə qədər növü əhatə
edən 80 cinsi məlumdur.
Azərbaycanda 34 cinsin 200-ə qədər növü var. Bunlardan cincilim,
çoğan qoyunqulağı və s. geniş yayılmışdır. Dekorativ kimi əkilən
növləri (məs. qərənfil) də var. Bəzi növlərindən yeyinti sənayesində,
tibbdə və ətriyyatda istifadə olunur.
QƏSƏBƏ – 1) Şəhərdən kənarda yerləşmiş şəhər tipli yaşayış
məntəqəsi. 2) şəhər ətrafında (şəhərdən qıraqda) yerləşən xüsusi yaşayış
məntəqəsi (kurort, bağ-daça).
Dostları ilə paylaş: |