QəRİb məMMƏdov mahmud xəLİlov


QEYRİ-FİLİZ FAYDALI QAZINTILAR



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə560/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   556   557   558   559   560   561   562   563   ...   1096
QEYRİ-FİLİZ FAYDALI QAZINTILAR – qeyri-metal faydalı 

qazıntılar – sənaye və tikintidə təbii halda, yaxud mexaniki, termiki və 

kimyəvi emaldan sonra işlədilən, həmçinin qeyri-metal elementləri və 

ya onların birləşmələrini almaq üçün istifadə edilən bərk süxurlar, yaxud 

minerallar. Bunlar təbii silikatlar, halloidlər, karbonatlar, sulfatlar, ni-

tratlar, boratlar, fosfatlar və oksidlərdir. Azərbaycanda duz, gips, anhidr-

id, fosforit, karbonatlar, müxtəlif gillər, qumlar, çınqıl və digər çökmə 

mənşəli qeyri filiz sərvətləri vardır.  

Kimya sənayesi üçün xammal olan sərvətlərdən Azərbaycan 

ərazisində kükürd kolçedanı, daş duz, dolomit və barit geniş yayılmışdır. 



QEYZERLƏR – fasilə ilə su və buxar fəvvarəsi vuran isti bulaqlar. 

Q. vulkanizmin son mərhələsinin təzahürlərindən biridir. Q.-in suyu 

nisbətən təmiz, az minerallaşmış (1-2 q/l), qələvi reaksiyalı, yüksək de-

bitli, temperaturu 80-100

C-dək olur. Müasir vulkan fəaliyyəti 



sahələrində yayılmışdır. Q.-də su fəvvarələrinin hündürlüyü bəzən 40-

42 m-ə, buxar fəvvarələrinin hündürlüyü isə 150 m-ə çatır. Q. 

Kamçatka,  İslandiya, Yeni Zenlandiya, ABŞ, Yaponiya və Çində 

məlumdur. Geotermal elektrik stansiyaları Q.-in istilik enerjisi əsasında 

işləyir. Q.-in enerjisindən binaların və  şitilliklərin qızdırılmasında da 

istifadə edilir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   556   557   558   559   560   561   562   563   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin