QƏFİL FIRTINA, ŞKVAL – qısa müddətli külək sürətinin kəskin
artması və istiqamətini dəyişməsi. Q.f zamanı küləyin sürəti 20-30
m/san-dən çox, davamiyyəti isə bir neçə dəqiqə olur. Q.f. xüsusilə güclü
konvensiyada, həmçinin soyuq atmosfer cəbhələrində müşahidə olunur.
QICQIRMA – mikroorqanizmlərin və ya onların hasil etdiyi
fermentlərin təsiri ilə üzvi maddələrin anaerob şəraitdə parçalanması
prosesi. Bu zaman gedən oksidləşmə-reduksiya reaksiyaları nəticəsində
mikroorqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan enerji alınır və
müxtəlif kimyəvi birləşmələr əmələ gəlir. Mikroorqanimzlər həmin
birləşmələrdən aminturşular, zülallar, üzvi turşular, yağlar və bədənin
başqa komponentlərinin biosintezi üçün istifadə edir.
Sərbəst oksigen olmayan şəraitdə baş verən anaerob Q.-larından
başqa aerob şəraitdə keçən qıcqırmalar da vardır. Belə Q.-larda
mikroorqanizmlər havanın sərbəst oksigenindən istifadə edir.
Dostları ilə paylaş: |