QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə559/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   555   556   557   558   559   560   561   562   ...   1096
QAZINTI YANACAQLARI  – milyon illərlə bitki və heyvanların 

qalıqlarının çürüməsi yolu ilə yaranan istilik qazıntıları. (neft, təbii qaz

yanan şistlər və s.). 

QAZKİMİLƏR yastıdimdiklilər (Anseriformes) – suda üzən quşlar 

dəstəsi. Paladeylər və ördəkkimilər fəsiləsini birləşdirir. 



QAZLAR – maddənin aqreqat hallarından biri. Qaz molekulları 

arasındakı qarşılıqlı təsir qüvvəsi, maye və bərk cisimlərdəkinə nisbətən 

çox zəifdir. Buna görə  də Q.-ın xüsusi forması olmur və molekulların 

daim nizamsız hərəkəti nəticəsində onlar olduğu qabın bütün həcmini 

doldurur. 

Q. aşağıdakılara bölünür: 

– İnert (təsirsiz) Q. – helium, neon, arqon, kripton, ksenon və radon 

qazlarının ümumiləşdirilmiş adı. 

– İxrac Q. – daxili yanacaq mühərriklərinin işlənməsi zamanı əmələ 

gələn Q., atmosfer havasını əsas çirklənmə mənbəyi sayılır. 

–  Turş Q. – qazəmələgətirən kimyəvi birləşmələr qrupu. Bura kar-

bon-2-oksid, hidrogen-xlorid, kükürd-oksid və b. daxildir. Bu qazlar turş 

xarakterlidir. 

–  Neft Q.ı. – neftlə birlikdə olan qazşəkilli karbohidrogenlər, 

həmçinin neft emalı zamanı əmələ gəlir. 

–  Təbii Q. – Dağ süxurlarının məsamə və boşluqlarını dolduran və 

karbohidrogenlərdən ibarət olan Q. 

– Gözyaşardıcı Q. – maddələrin gözyaşardıcı effkt yaradan kimyəvi 

birləşmələri və qazşəkilli qarışıqları. 



 

261 


 

– Texniki Q. – müasir texnikanın geniş istifadə etdiyi Q. və onların 

məhsulları və ya tullantıları. 

Q. xalq təsərrüfatının müxtəlif sahələrində (ammonyak-

soyuducularda; azot və  təsirsiz Q. – lampalarda; xlor, azot, təbii Q.-

kimya sənayesində və s.) tətbiq olunur. 



QAZON – bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot 

əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və 

Mavritaniya növləri var. Parter Q.-u çiçəklik, dekorotiv ağaclıq, 

həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park Q.-u və Mavritaniya 

Q.-u isə park, bağça, bulvar və b. yerlərdə salınır. 

QAZTƏMİZLƏMƏ – sənaye qazlarının tərkibindəki qatışıqların 

təmizlənməsi. Bu prosesdə  məqsəd həmin qazlardan və onların 

tərkibindəki qatışıqlardan istifadə etmək, həmçinin havanı  zərərli 

maddələrlə (tüstü, his, toz və s.) çirklənməkdən qorumaq üçün 

atmosferə gedən sənaye qazlardan təmizləməkdir. Qazı  sənayedə mex-

aniki, elektrik və fiziki-kimyəvi üsullarla təmizləyirlər. Mexaniki və 

elektrik Q. üsulları qazı bərk və maye qatışıqlardan, fiziki-kimyəvi üsul 

isə qaz qatışıqlarından təmizləmək üçündür. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   555   556   557   558   559   560   561   562   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin