265
min qəbul etdiyi qidanın miqdarı (çəkisi).
QLİKOZİDLƏR – təbiətdə geniş yayılan fizioloji aktiv maddələr.
Tibbdə dərman kimi istifadə edilir. Onların arasında antibiotiklər, məs:
streptomisin və güclü zəhərlər, məs: saponin və salonin mövcuddur.
QLOBAL (Globus - kürə) – bütün Yer kürəsini əhatə edən planetar.
QLOBAL ÇİRKLƏNMƏ, BİOSFERİN ÇİRKLƏNMƏSİ –
çirklənmənin istənilən nöqtəsində çirklənmə mənbəyindən uzaqlarda
aşkar edilməsi. (məs. Antraktida pinqvininin yumurtasından DDT-nin
aşkar edilməsi).
QLOBAL EKOLOGİYA – bütövlüklə biosferi
öyrənən kompleks
elmi fənn. Q.e.nın əsası M.İ.Budıko (1977) tərəfindən qoyulmuşdur.
Müəllif Q.e.-nın mərkəzi problemini biosferdə müxtəlif maddələrin
dövranı hesab edir. Bu problemin həlli Q.e.-nın əsas vəzifələrini-
gələcəkdə biosferdə insan fəaliyyəti nəticəsində mümkün olan
dəyişikliklərin proqnozunu vermək üçün vacibdir.
Dostları ilə paylaş: